25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2017-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasım­ov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Təşkilatın idarə heyətinin 6, şurasının 2 iclası keçirilib. İlk yarımil ərzində partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, xüsusilə gənclərin Yeni Azərbaycan Partiyasına qəbul edilməsinə böyük önəm verilib. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 21 nəfər üzv qəbul edilib. Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının qeydiyyatında 1487 nəfər üzv vardır. Partiya üzvlərinin 280 nəfəri qadınlar, 382 nəfəri isə gənc­lərdir.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyevanın, təşkilatın Gənclər Birliyinin sədri Polad Rzazadənin, Sədərək kənd ilk partiya təşkilatının sədr müavini Gülnarə Hüseynovanın və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyevin çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu da Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının yeni müstəvidə inkişafını təmin edir.
İclasda Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Həbib İbrahimov çıxış edərək rayonda həyata keçirilən quruculuq işləri haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

*     *    *

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının şura iclası keçirilib. Şura iclasında təşkilatın 2017-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov məruzə edərək bildirib ki, bu gün cəmiyyətdə Yeni Azərbaycan Partiyasının nüfuzunun güclənməsi, dövlətçiliyimizin qorunub saxlanılması və inkişaf etdirilməsində partiya üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi təşkilatda partiya işinin yenidən qurulmasını və təkmilləşdirilməsini tələb edir. İlin ötən dövrü ərzində təşkilat öz işini bu istiqamətdə qurmağa səy göstərib, partiya fəallarının gücündən səmərəli istifadə etməyə çalışıb. Bu dövrdə rayon partiya təşkilatında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının qərarlarının icra olunması və ilk partiya təşkilatlarında partiya işinin daha da yaxşılaşdırılması, partiya üzvlərinin siyasi fəallığının artırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.
Hazırda təşkilatın tərkibində olan 46 ilk partiya təşkilatında 3578 nəfər partiya üzvü birləşir ki, onlardan 1724 nəfəri gənclər, 1414 nəfəri qadınlardır. 2017-ci ilin ötən dövründə 39 nəfər partiya sıralarına qəbul edilib ki, onların 33 nəfəri gəncdir.
Hesabat dövründə Gənclər Birliyinin rayonun aid təşkilatları ilə birgə keçirdiyi tədbirlər, rayon Qadınlar Şurasının fəaliyyəti təhlil olunub.
Vurğulanıb ki, kənd mərkəzlərində yaradılmış şəraitdən ilk partiya təşkilatları səmərəli istifadə etməli, tədbirlərin keçirilməsinə diqqəti artırmalıdırlar.
Şura iclasında Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünün qeyd olunması ilə əlaqədar tədbirlər müəyyənləşdirilib, həmin tədbirlərin keçirilməsi üçün şura üzvlərinə tapşırıqlar verilib.
Müzakirələrdə təşkilatın Gənclər Birliyinin sədri Vüqar Muradov, rayon Təhsil Şöbəsi ilk partiya təşkilatının sədri Gülnar Əlizadə, rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış ediblər.
Şura iclasına Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR