25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və bu ilin birinci yarısında görülmüş işlərə dair kollegiya iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublika prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev məruzə edərək bildirib ki, bu ilin ilk yarısında muxtar respublika Prokurorluğu digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə çalışaraq ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsinin təmin olunmasına səy göstərib. Hesabat dövründə həyata keçirilən zəruri profilaktik tədbirlər nəticəsində yetkinlik yaşına çatmayanlar, əvvəllər məhkum olunmuşlar, narkomanlar və sərxoşlar tərəfindən cinayət hadisələrinin törədilməsi halları qeydə alınmayıb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyinin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət gücləndirilib.
Vurğulanıb ki, muxtar respublika Prokurorluğu bundan sonra da hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə dövlətçiliyimizin maraqlarını, mövcud dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir. Hesabat dövründə əldə edilən müsbət iş göstəricilərinin daha da möhkəmləndirilməsi və fəaliyyət istiqamətləri üzrə işin təkmilləşdirilməsi, xidməti və icra intizamının daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə bundan sonra da xüsusi diqqət yetiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Kollegiya iclasına yekun vuran Naxçıvan Muxtar Respublika prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev ilin ikinci yarısında da cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar qarşısında mühüm vəzifələr durduğunu bildirib, bu vəzifələrin yüksək keyfiyyətlə icrasının günün tələbi olduğunu deyib, fəaliyyətin səmərəliliyinin daha da artırılmasının vacibliyini qeyd edib.

 Səbuhi HÜSEYNOV

*  * *

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ardıcıl islahatlardan söhbət açmış, sonra cari ilin birinci yarısında muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə etmişdir.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilmiş, hаkimlərin pеşə bаcаrıqlаrının аrtırılmаsı, hakimlər tərəfindən ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qаnunvеriciliyə еdilən əlаvə və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işlərinin аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirilmişdir.
Qeyd edilmişdir ki, qanunvericilik bazasının mütəmаdi оlаrаq təkmilləşdirilməsi, məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi hüququnun daha möhkəm şəkildə təmin edilməsinə şərait yaratmışdır.
Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 2011-ci il 15 iyul tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat verib, məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsindən bəhs edib. Natiq Ali Məhkəmənin nəşri olan “Bülleten”in növbəti saylarının işıq üzü görməsindən və onun məhkəmənin rəsmi internet səhifəsində yayımlanmasından, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirilməsindən danışıb, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldildiyini bildirib.
Daha sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2017-ci ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilib.
Ramiz Süleymanov iclasa yekun vuraraq bildirib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini bundаn sоnrа dа qаnunvеriciliyin tələbləri səviyyəsində təşkil edərək ədаlət mühаkiməsini оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçirəcək, vətəndaşların hüquqi mааrifləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn tələbаtının ödənilməsi üçün səylərini davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb. Hazırda Sədərək sərhəd-keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə “bir dayanacaq” prinsipinə uyğun müasir gömrük kompleksi qurulur.
Komitənin Maliyyə-tarif şöbəsinin rəisi, gömrük xidməti mayoru Rafael Əliyev qeyd edib ki, büdcənin formalaşdırılması istiqamətində 2017-ci ilin birinci yarımili üçün müəyyən olunmuş proqnoz-tapşırığa 100,38 faiz əməl olunub. Hesabat dövründə 43 ölkə ilə ticarət əməliyyatları aparılıb.
Bildirilib ki, idxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. İxrac əməliyyatları, əsasən, Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, İraq, Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib.
Qeyd edilib ki, istehlakçıların yüksəkkeyfiyyətli məhsullarla təmin edilməsi üçün xaricdən idxal istiqamətində gətirilən qida məhsulları Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laboratoriya analizlərinə cəlb olunub.
Komitənin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Anar Hacıyev bildirib ki, cari ilin birinci yarısında hüquqpozma hallarının qarşısının alınması istiqamətində gömrük orqanları tərəfindən bir sıra tədbirlər görülüb. Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 568 icraat aparılıb və 30 min manata yaxın cərimə ödənişi təmin olunub.
Kollegiya iclasında cari ilin birinci yarısında gömrük orqanlarında həyata keçirilən audit yoxlamalarının nəticələri müzakirə olunub və “Naxçıvanterminalkompleks” Birliyinin yarımillik fəaliyyətinə dair hesabat dinlənilib.
Kollegiya iclasına komitə sədri Asəf Məmmədov yekun vurub.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti

*  *  *

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə polis orqanlarının fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasını daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov açıb. Nazirlik Katibliyinin rəisi, polis polkovniki Yusif Həsənov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, hesabat dövründə iqtisadi sahədə, ictimai təhlükə və ictimai qayda əleyhinə, insan alveri və korrupsiya ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb.
Yusif Həsənov deyib ki, bəhs olunan dövrdə 5 yol-nəqliyyat hadisəsi baş verib.
Məruzədə elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, insan hüquqlarının qorunması, müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, şəxsi heyət arasında mənəvi-psixoloji durumun daha da möhkəmləndirilməsi, səyyar xidmətin təkmilləşdirilməsi və başqa istiqamətlərdə görülmüş və görüləcək işlərdən danışılıb.
Məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov bəhs olunan dövr ərzində qazanılan uğurlardan söhbət açıb, bununla yanaşı, işdə buraxılan nöqsanları ətraflı təhlil edib, bu nöqsanların tezliklə aradan qaldırılmasını qarşıda duran başlıca vəzifə kimi kollegiya iştirakçılarının nəzərinə çatdırıb, gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb. Səbuhi Novruzov ölkəmizdə reallaşdırılan uğurlu siyasətin, davamlı iqtisadi yüksəlişin nəticəsi olaraq muxtar respublika daxili işlər orqanlarının fəaliyyətində 2017-ci ilin 6 ayında görülən işləri dəyərləndirib.
Vurğulanıb ki, 2017-ci ilin ikinci yarısında da Naxçıvanın cinayətsiz region prinsipi ­qorunacaq.
Diqqətə çatdırılıb ki, daxili işlər orqanları yaradılan şəraitdən istifadə edərək maarifləndirmə-profilaktika tədbirlərini düzgün təşkil etməli, nizam-intizamı möhkəmləndirməli, ictimai asayişin və sabitliyin qorunması üçün səylə çalışmalı və müsbət nəticələr qazanmalıdırlar.
Sonra kollegiyanın qərar layihəsi oxunub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR