25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2016-cı ildə Naxçıvan şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri görülüb. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının, 7 mərtəbəli yaşayış binasının, Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qarajın, Bəhruz Kəngərli adına Rəssamlar Parkının, Naxçıvan şəhərinin Bulqan kəndində kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, Tumbul kəndində məktəb binası və digər infrastruktur obyektlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanma Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxananın, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin, “Gənc­lər şəhərciyi” yaşayış kompleksinin, 4 yaşayış binasının tikintisi və yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inzibati binasının, Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların, 400 yerlik avtomobil dayanacağının tikintisi, yenidən qurulması, əsaslı təmiri və digər qurucu­luq tədbirləri davam etdirilib.

Qeyd olunub ki, sahibkarlığın inkişafı ötən il də diqqətdə saxlanılıb, yeni müəssisələr fəaliyyətə başlayıb. Belə ki, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahəsi, “Fərda” şirniyyat istehsalı müəssisəsi istifadəyə verilib, “Dadlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xama istehsalı, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarışıq yem istehsalı, elektrod istehsalı sahələrinin, “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən “Cahan Sənaye Kompleksi”nin yeni istehsal sahələrinin yaradılması davam etdirilib və digər işlər görülüb.
İcra başçısı yeni yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərdən də danışaraq bildirib ki, 2016-cı ildə Naxçıvan şəhəri ərazisinə 1275 ədəd müxtəlif meşə, 20 min 830 ədəd müxtəlif meyvə tingi, 2737 ədəd həmişəyaşıl ağac, 26 min 491 ədəd müxtəlif gül və dekorativ kollar əkilib. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət pro­qramına uyğun olaraq 10,8 hektarda meyvə bağı salınıb, 4,6 hektar meyvə bağında bərpa işləri aparılıb.
Vurğulanıb ki, 2016-cı ilin qış mövsümündə 38 fərdi, 5 mərkəzləşmiş qazanxana vasitəsilə 173 bina, 7634 mənzil, 30 inzibati bina istiliklə təmin olunub. 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq diqqət mərkəzində saxlanılıb, istilik qazanxanalarında cari təmir işləri həyata keçirilib. Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən 1 yanvar 2017-ci il tarixədək 14800 ədəd smartkarttipli elektrik sayğacı quraşdırılıb, 260 yeni mənzilə elektrik xətti çəkilib. Naxçıvan Şəhər Rabitə İdarəsi tərəfindən 1274 ədəd telefon çəkilişi aparılıb. 831 mənzil, 41 müəssisə və özəl təşkilat yeni qaz xətti ilə təchiz olunub.
Qeyd edilib ki, hesabat dövrü ərzində 594 nəfər işlə təmin edilib. Keçirilən əmək yarmarkalarında 61 şəxsə göndəriş verilib, onların hamısı işlə təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda qarşıda duran vəzifələr barədə danışılıb. Qeyd edilib ki, 2017-ci ili uğurla başa çatdırmaq üçün hər birimiz məsuliyyət hissini daha da artırmalı, göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verməliyik.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR