25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında 2016-cı ilin yekunları, cari ildə təşkilat üzvlərinin qarşısında duran vəzifələrlə bağlı şura iclası keçirilib. Gündə­likdə duran məsələ ilə əlaqədar rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Baba­yevin məruzəsi dinlənilib.
Bildirilib ki, 2016-cı ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin edilib, əvvəlki illərdə olduğu kimi, tikinti-quruculuq, abadlaşdırma, yaşıllaşdırma işləri davam etdirilib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün uğurlar Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ulu öndərimiz Heydər Əliyevin quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi hesabına əldə olunub.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının ötən ildəki fəaliyyətindən danışan Əmir Babayev təşkilatın xətti ilə il ərzində bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, rayonda hərtərəfli sosial-iqtisadi inkişafın təmin olunmasında, genişmiqyaslı quruculuq tədbirlərinin yerinə yetirilməsində hər bir Yeni Azərbaycan Partiyasının üzvü fəallıq nümayiş etdirib.

Vurğulanıb ki, ötən il Yeni Azərbaycan Partiyası rayon təşkilatının 4 şura, 10 idarə heyətinin yığıncağı keçirilib. Hazırda təşkilatın əhatə etdiyi 87 ərazi ilk partiya təşkilatının uçotunda 10 min 361 nəfər partiya üzvü vardır ki, onların 3 min 2 nəfərini, yəni 30 faizini qadınlar, 3 min 393 nəfərini, yəni 32,7 faizini gənclər təşkil edir. İl ərzində Yeni Azərbaycan Partiyası sıralarına 112 nəfər qəbul olunub. Onların 65 nəfərini qadınlar, 94 nəfərini gənclər təşkil edir. Bundan sonra da partiyanın boy artımı diqqətdə saxlanılmalı, ona nail olunmalıdır ki, təşəbbüskar, ictimai işlərə daha çox maraq göstərən gənclər Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilsinlər.
Əmir Babayev 2017-ci ildə qarşıda duran vəzifələrdən də danışıb. Vurğulanıb ki, təşkilatın əsas vəzifəsi Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil respublikamızın qurucusu və memarı olan ulu öndərin siyasəti nəticəsində qazanılan uğurları xalqa çatdırmaq, əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.
Yığıncaqda partiya fəallarının çıxışları olub.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR