25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2016-cı ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib.
Ümumilikdə, il ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 361 tədbir icra edilib ki, bunlardan 139-u gənclərlə iş, 222-si isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir bildirib ki, 2016-cı ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Çağırışyaşlı gənc­lərin hərbi xidmətə hazırlanması məqsədilə gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə görüşü keçirilib. Yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə “Nuh yurdu” intellektual oyununun keçirilməsinə diqqət artırılıb, rayon və muxtar respublika birincilikləri təşkil olunub.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Heydər Əliyev Kuboku” uğrunda Paralimpiya üzrə Beynəlxalq Festival, usta ağır atletlər arasında Avropa çempionatı, Şərur Olimpiya-İdman Kompleksində kikboksinq üzrə peşəkarlararası kəmər müdafiəsi uğrunda yarışlar da yaddaqalan olub. Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının I dövrə oyunlarında, Şərur Olimpiya-İdman Kompleksində karate üzrə beynəlxalq turnirdə də idmançılar yaxşı nəticələr uğrunda səy göstəriblər.
2016-cı ildə ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 1, Avropa çempionatlarında 5, beynəlxalq turnirlərdə 63, Azərbaycan birinciliklərində 39 medal olmaqla, cəmi 108 medal qazanıblar.
Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən 2 fevral – Gənclər Günü, Novruz bayramı və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin mükafatlandırılması münasibətilə tədbirlər keçirilib. Bundan başqa, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, 15 İyun – Milli Qurtuluş Günü, 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi, Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlər də yaddaqalan olub.
2016-cı ilin yekunlarından geniş bəhs olunduğu kollegiya iclasında nöqsanlara da toxunulub.
Məruzə ətrafında çıxışlarda muxtar respublikada idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb və qeyd edilib ki, idman təşkilatları öz vəzifə borclarına yüksək məsuliyyətlə yanaşmalı, qazanılan uğurlarla kifayət­lənməməli, daha böyük qələbələrlə muxtar respublika idmanına öz töhfələrini verməlidirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR