25 Dekabr 2024, Çərşənbə

Yanvarın 13-də Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində dövlət qulluğuna qəbul olunan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublika İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Sahibkarlığa Kömək Fondunda vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrdə müvəffəqiyyət qazanan 49 nəfər iştirak edib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada bütün sahələr kimi, dövlət qulluğu sahəsinin də qayğı ilə əhatə olunduğunu, müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin yaradıldığını deyib.
İsmayıl Qəribli qeyd edib ki, dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemlərinin qurulması bunun bariz nümunəsidir.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açıb. Təkcə 2016-cı il ərzində 249 nəfər komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanaraq dövlət orqanlarında vakant vəzifələrə təyin olunub.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.
Sonra andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR