25 Dekabr 2024, Çərşənbə

Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz və təhlükəsiz elektrik enerjisi və təbii qazla təminatına da əlverişli şərait yaradıb.
Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla sərf olunan elektrik enerjisi və təbii qazın dəqiq uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işi vaxtında başa çatdırılıb. Ötən ilin iyul ayından isə Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkarttipli sayğacların quraşdırılmasına başlanılıb.

Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılması naxçıvanlılar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, ötən ilin iyul ayından Naxçıvan şəhərinin müxtəlif məhəllələrində, təmir edilmiş ictimai yaşayış binaları və fərdi yaşayış evləri yeni sayğaclarla təchiz olunub. İndiyədək 13 min 300 ədəd sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli, smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, indiyədək Naxçıvan şəhərində 12 min 135 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi də diqqətdə saxlanılıb. Bu məqsədlə qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək quraşdırılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR