25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Bəhruz Kəngərli Muzeyində olublar.
Bildirilib ki, Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. Bütün varlığı ilə sevdiyi Vətəninin gözəl guşələrini məhz öz sehrli fırçası ilə kağıza köçürən rəssamın əsərlərində Naxçıvanın gözəllikləri xüsusi məhəbbətlə təsvir olunub.
Görkəmli rəssamın irsinə göstərilən böyük dövlət qayğısının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. 2013-cü ildə isə Bəhruz Kəngərli Muzeyinin binası yenidən qurulub.

Qeyd olunub ki, hazırda muzeyin fondunda 1000-dək eksponat var, onlardan 366-sı ekspozisiyada nümayiş etdirilir. Nümayiş etdirilən eksponatlardan 58-i orijinal rəsm əsərləridir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar və Səhiyyə nazirliklərinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Gənc­lər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin kollektivləri Ədəbiyyat Muzeyində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin, Televiziya və Radio Şurasının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Şərq qapısı” qəzetinin kollektivləri Dövlət Bayrağı Muzeyində olublar. Standartlaşdırma, Metrologiya və Patent üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin kollektivləri “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Xidmətinin kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyini, Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin və Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri isə Xatirə Muzeyini ziyarət ediblər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR