25 Dekabr 2024, Çərşənbə

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Naxçıvan Dövlət Universitetində “Dünyada və regionda sülhün qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov belə tədbirlərin gənclərdə hərtərəfli dünyagörüş, intellekt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb. Qeyd olunub ki, sülh bu gün bütün tərəqqipərvər bəşəriyyəti düşündürən məsələdir və ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Təəssüf ki, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın təcavüzü nəticəsində öz vətənlərində qaçqın və məcburi köçkünə çevriliblər.

Rektor bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalının qarşısı alınıb, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalanıb, ölkədə sabitliyə nail olunub. Bunu həm də dövlətimizin sülh arzusunun ifadəsi kimi dəyərləndirən rektor belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə universitetin İngilis dili və metodika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov, Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas Şamxal Hüseynov çıxışlarında bildiriblər ki, hər zaman terroru pisləyən, sülhün tərəfdarı olan ölkə Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Diskussiya şəklində davam edən tədbirdə dövlət gənclər siyasəti barədə də ətraflı danışılıb, tələbələrin sualları cavablandırılıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR