25 Dekabr 2024, Çərşənbə

Amerikalı jurnalist və tədqiqatçı Peter Tase Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, mədəniyyəti, müasir sosial-iqtisadi inkişafı ilə bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılarla çıxış edir. Həmçinin o, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də ardıcıl fəaliyyət göstərir.
Peter Tase Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətinin rəhbəri Kris Abeleyə “Şərq qapısı” qəzetinin 95-ci ildönümü münasibətilə rəsmi bəyannamə qəbul edilməsi haqqında müraciət etmişdir. Peter Tasenin bu müraciətini nəzərə alan ABŞ-ın Milvauki vilayətinin rəhbəri “Şərq qapısı” qəzetinin 95-ci ildönümü münasibətilə rəsmi bəyannamə qəbul etmişdir.

Hökumət bəyannaməsi 

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzeti ölkədə olan ən yaxşı kütləvi informasiya vasitəsidir;
1990-cı ilin əvvəllərindən başlayaraq “Şərq qapısı” qəzeti ölkədə müstəqilliyin qurulmasına tərəfdar olmuş və dəstəkləmişdir;
“Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasına qarşı tətbiq olunmuş informasiya blokadasının azaldılmasında mühüm rol oynamışdır;
2000-ci ilin mart ayından başlayaraq “Şərq qapısı” qəzeti üçün yeni inkişaf mərhələsi başlamışdır;
22 iyul 2010-cu il tarixdən başlayaraq “Şərq qapısı” qəzetində yeniliklər tətbiq olunmuş və qəzetin rəngli nəşrinə başlanmışdır, hazırda qəzet həftədə beş dəfə nəşr edilir;
Bu məqsədlə mən, Milvauki dairəsinin rəhbəri KRİS ABELE Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələri dəstəkləyən

“Şərq qapısı” qəzetinin 95-ci ildönümünü

təntənəli şəkildə qeyd edərək, bu ildönümü münasibəti ilə qəzetin təsisçisi, redaksiya heyəti və oxucularını təbrik edirəm.

Kris Abele
Milvauki dairəsinin rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR