Bu ilin 8 ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 11 min 550 nəfərdən çox olub. Bunlardan 1531-i 23 xarici ölkədən gələn vətəndaşlardır.
Muzeydəki 4 min 617 eksponatın hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Muzeyin kitabxana fondunda 589 adda 1202 kitab var. Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin, həmçinin orta məktəblərin şagirdlərinin iştirakı ilə muzeydə 72 açıq dərs keçilib. Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə keçilən açıq dərslərdən sonra iştirakçılar muzeyin ekspozisiyası ilə də tanış olublar.
Bu dövrdə Heydər Əliyev Muzeyinə 445 ekskursiya təşkil olunub. Muzeyin internet səhifəsini isə 33 min 88 nəfər ziyarət edib.
Xəbərlər şöbəsi