25 Dekabr 2024, Çərşənbə

Dünən Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluqçularının etik davranış qaydaları, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilib. Seminarda 82 dövlət qulluqçusu iştirak edib.

Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov açıb.
Seminarda komissiyanın şöbə müdirləri Ümid Qurbanovun, Mahir Abbasovun, baş məsləhətçi-hüquqşünas Zaman Bağırovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

Vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə iştirakçılara geniş məlumat verildiyi seminarda qeyd edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməlidir. Komissiya qeyd olunan normanın muxtar respublikada icrasını təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən, dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbər tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə, yekun hesabat növbəti il mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar qoyulur. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Məlumat üçün bildirək ki, 24 avqust-14 sentyabr tarixlərində muxtar respublikanın rayonlarında keçirilən seminarlarda, ümumilikdə, 578 nəfər dövlət qulluqçusu iştirak edib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR