25 Dekabr 2024, Çərşənbə

Dünən ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə üçgünlük ixtisas­artırma kurslarına start verilib. Kursun birinci günü adıçəkilən idarənin diplomatik heyət üzrə 13 əməkdaşına ictimai diplomatiya, diplomatik protokol və konsulluq xidmətinin yeni trendləri haqda ətraflı məlumat verilib.
Kursun ilk təqdimatı ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehralıyeva tərəfindən olub. O, iştirakçılara ADA Universitetinin fəaliyyəti haqda ümumi məlumat verib, ictimai diplomatiyanın yeni trendləri, Azərbaycan milli kimliyi, diasporaya yardım məsələləri barədə danışıb. Kursun davamı suallar və cavablandırmalar üzərində qurulub.
Kursun ikinci günündə universitetin əməkdaşları tərəfindən kurs iştirakçılarına ölkənin tanıdılması, mətbuata bəyanatların hazırlanması, diplomatik protokolun mahiyyəti və tarixi, diplomatik əlaqələr üzrə Vyana Konvensiyası, dövlət səfərləri haqda ətraflı məlumat veriləcək.
Məlumat üçün bildirək ki, kursun üçüncü günündə ADA Universitetinin əməkdaşları Fəxrəddin Qurbanov, Hikmət Hacıyev, Şəfəq Mehralıyeva tərəfindən diplomatik protokol, diplomatik etiket və digər məsələlər barədə danışılacaq. Bundan başqa, əməli media əlaqələri, diplomatiyada sosial medianın rolundan söhbət açılacaq. Yekunda iştirakçıların bilikləri qiymətləndiriləcək. Kursun ikinci mərhələsi oktyabr ayında keçiriləcək, kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.
ADA Universiteti tərəfindən bu qəbildən kurslar 2007-ci ildən keçirilir. Naxçıvan Muxtar Respublikasında isə belə tədbir ilk dəfədir ki, təşkil edilib. Bu kursda diplomatiya və digər istiqamətlərlə yanaşı, konsulluq məmurlarının əsas vəzifə və məsuliyyətləri haqda da ətraflı söhbət açılır.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR