25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirib ki, payız-qış mövsümündə cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunması, məhkumların isti geyim və ərzaqla təminatı diqqətdə saxlanılmalı, ehtiyat yaradılmalıdır.
Nazir qeyd edib ki, payız-qış mövsümünə hazırlıqla bağlı artıq neçə ildir, qazanılan təcrübə nəzərə alınaraq bu il də qışa hazırlığı vaxtında yerinə yetirməliyik. Nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün qazanxanalar və kombi sistemləri quraşdırılıb. Quraşdırılan qazanxana və kombi istilik sistemləri işlək vəziyyətdədir. Penitensiar Xidmətdə, cəzaçəkmə müəssisələrində suqızdırıcıları yenilənib və relyefə uyğun avadanlıqlarla əvəz olunub. Cəzaçəkmə müəssisələrinin istilik sistemini 3 qazanxanada quraşdırılan 5 qazan təmin edir.

Bu il nasazlıqla bağlı qazanxanalardan biri dəyişdirilib. Cəzaçəkmə müəssisələrinin elektrik ehtiyacını təmin edən generator əsaslı təmir olunub, sıradan çıxmış akkumulyatorlar yeniləri ilə əvəz edilib. Qaz kəsintisi zamanı istiliyin fasiləsiz verilməsi məqsədilə dizel yanacağına keçidlə əlaqədar 5 ədəd yanacaq çəni quraşdırılıb, dizel yanacağı ehtiyatı yaradılıb. Müəssisənin qazanxanası qazanxana maşinisti kurslarını bitirmiş əməkdaşlar və məhkumlar tərəfindən idarə edilir. Qazanxanaların istismarı zamanı təhlükəsizlik tələblərinə riayət edilməli, qazdan və elektrik enerjisindən səmərəli istifadə olunmalıdır.
Şəxsi heyətin qış mövsümü ilə bağlı geyim dəstləri ilə təminatı diqqət mərkəzində saxlanılıb, lazımi ehtiyat yaradılıb, əlavə ehtiyac yaranan geyim dəstləri ilə bağlı sifariş verilib.
Vurğulanıb ki, məhkumların ərzaq təminatı da daim diqqət mərkəzində saxlanılır. Alınan məhsulların təzə və keyfiyyətli olmasına diqqət yetirilməklə payız-qış mövsümünə uyğunlaşdırılması təmin edilməkdədir.
Məhkumların sağlamlığı daim diqqət mərkəzindədir. Tibbi-sanitar hissəsində lazımi dərman preparatlarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi təmin olunub. Qış mövsümünə xas xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının alınması üçün sifariş verilib.
Məruzə ətrafında Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Qəzənfər Mahmudov, Mühafizə taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilov, İstintaq Təcridxanasının rəisi, ədliyyə mayoru Mahir Hümbətov, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Möhbalı Tağıyev, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edən, ədliyyə müşaviri Səttar Zamanov çıxış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR