Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin avqust ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 75 nömrəli qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında, həmin tarixli 76 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 aprel tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 avqust tarixli 78 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbə hazırlığının təşkili məsələləri təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli 80 nömrəli qərarı ilə “Məktəbə hazırlığın təşkili Qaydaları”, həmin tarixli 81 nömrəli qərarı ilə isə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir.
“Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nin və “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 avqust tarixli 84 nömrəli qərarı qəbul edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.