25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilmişdir.
Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə rayon təşkilatları arasında daxili şəbəkə qurulmuş, Naxtel LTE şəbəkəsindəki mövcud 56 baza stansiyasının hər biri 4G şəbəkəsinə qoşulmuşdur.
Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi daim diqqət mərkəzində saxlanılır, yaşayış məntəqələrinə fiber-optik kabel xətti çəkilir. Bu iş iyul ayında da davam etdirilmiş, muxtar respublika üzrə, ümumilikdə, 11 min 235 metr fiber-optik kabel xətti çəkilmiş, 226 yeni telefon nömrəsi istismara verilmiş, 401 yeni abunəçi genişzolaqlı internetlə təmin olunmuşdur. Həmçinin bu dövrdə kompüter kursları üzrə təhsil almaq üçün 75 dinləyici olmaqla, 6 ümumi və 22 fərdi qrup yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası diqqətdə saxlanılmışdır. Belə ki, ötən ay Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçmələri təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR