25 Dekabr 2024, Çərşənbə

Muxtar respublika iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində yeni yanaşmaları günün tələbinə çevirib. Bu baxımdan informasiya və kommunikasiya texnologiyalarının, mövcud normativ-hüquqi bazanın tətbiqi 2016-cı ilin iyul ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmış, qarşıya qoyulmuş vəzifələrin icrası uğurla davam etdirilmişdir.

Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 486 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 437 texniki sənəd hazırlanmışdır. Bu dövrdə Şərur rayonunun Sərxanlı, Ordubad rayonunun Ələhi və Behrud, Şahbuz rayonunun Güney Qışlaq, Babək rayonunun Yuxarı Uzun­oba, Kəngərli rayonunun Xıncab, Culfa rayonunun Əlincə, Sədərək rayonunun Sədərək kənd­lərində vətəndaşlara səyyari xidmət ­göstərilmişdir.

Muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 78 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır. Naxçıvan şəhərinin 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin, Şahbuz rayonunun Ayrınc, Babək rayonunun Göynük və Nəhəcir kəndlərinin inzibati ərazi dairələrinin və ərazi vahidlərinin xəritələri hazırlanmışdır. Həmçinin Babək rayonunun Yuxarı Uzunoba və Şıxmahmud bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazır­lanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Ordubad rayonunun Vənənd, Vələver, Yuxarı Əndəmic və Yuxarı Əylis bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmış və uçotu aparılmışdır.
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması ilə əlaqədar muxtar respublikanın rayonları və Naxçıvan şəhəri üzrə əhalinin məskunlaşmasını, illər üzrə təbii və miqrasiya artımını əks etdirən xəritələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Qədim Gilan şəhərinin topoqrafik planı hazırlanmış, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının hazırlanması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən təqdim olunmuş materialların xəritə üzərinə köçürülməsi işlərinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR