25 Dekabr 2024, Çərşənbə

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 53 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Fərmanı ilə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” təsdiq edilib.

Qeyd olunub ki, sözügedən normativ-hüquqi akt kargüzarlığın aparılması ilə bağlı bir sıra yeni əsaslar müəyyənləşdirib. Belə ki, vətəndaşlar tərəfindən daxil olan təklif, ərizə və şikayətlərə baxılması qaydaları daha dəqiqliklə işlənilib, müraciətlərin daxil olma üsuluna, əvvəlki müraciətlərlə əlaqəsinə və digər əlamətlərə görə qəbulu, qeydiyyatı və cavablandırılması fərqləndirilib. Baxılmayan müraciətlərin dairəsi, qaydaların şamil olunmadığı sahələr dəqiqliklə sadalanıb, ilk dəfə olaraq elektron, kollektiv və canlı yayım zamanı daxil olan müraciətlərin qeydiyyatı qaydaları müəyyən edilib.
Bildirilib ki, əsas yeniliklərdən biri də vətəndaşların qəbulu qaydasının ayrıca fəsildə öz əksini tapmasıdır. Vətəndaşların qəbulunun aparılması, bu zaman daxil olan yazılı və şifahi müraciətlərin cavablandırılması tam aydınlıqla işlənilib.
Yeni qaydalara əsasən, kargüzarlıq xidməti aylıq, rüblük və illik arayışlar hazırlayaraq təşkilatın rəhbərinə, ilin yekunlarına dair hesabatları isə yuxarı orqana təqdim etməlidir.
Sonra komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli hazırlanmış slaydlar vasitəsilə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR