25 Dekabr 2024, Çərşənbə

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi mövzusunda keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına da bir sıra vəzifələr qoyulmuşdur.
Turizm sektorundakı tərəqqiyə bağlı olan sahələrdən biri də milli sənətkarlıq və suvenir məhsullarının istehsalıdır. Muxtar respublikaya gələn xarici qonaqlar, eləcə də kənd və rayonlarımıza səfər edən yerli, xarici turistlər mənalı istirahətdən yaddaqalan bir xatirə kimi müxtəlif suvenirlər, xalq tətbiqi sənəti nümunələri alıb aparırlar. Bu baxımdan turizm sektorunun inkişafı milli hədiyyə və suvenirlərin istehsalına diqqəti artırmağı zəruri edir.
Muxtar respublikada xalq yaradıcılığının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 40 sənətkarla maarifləndirmə istiqamətində görüş keçirilmişdir. Bu sahə ilə məşğul olan sənətkarlar Akif Həsənov ağac üzərində oyma, Sabir Məmmədov mis üzərində döymə, Fizzə Quliyeva və Həsən Qurbanov duz üzərində oyma və rəssamlıq, Nəsrullah Musayev rəssamlıq, Səriyyə Hüseynova dekorativ-tətbiqi sənət və xalq yaradıcılığı emalatxanasında fəaliyyət göstərən xalçaçı sənətkarlar xalçaçılıq sahələri üzrə kiçikölçülü suvenirlər və hədiyyəlik xatirə əşyaları hazırlamış, onların satışına köməklik göstərilmişdir. Naxçıvan şəhərində fəaliyyət göstərən otellərdə əl işlərinin sərgi və satışının təşkili, “Əshabi-Kəhf” ziyarətgahında, Duzdağ Fizioterapiya Mərkəzində yerli istehsal məhsullarından və əl işlərindən ibarət mağazaların fəaliyyət göstərməsi turistlərdə muxtar respublikanın mədəni irsi, iqtisadi inkişafı barədə ilkin təəssürat yaradır.

2016-cı ilin ötən dövründə Nахçıvаn Biznеs Mərkəzi tərəfindən sərgi-satış məqsədilə 165 adda 5139 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 77 adda 4463 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən 37 ixrac potensiallı müəssisəyə aid 339 çeşiddə məhsulun və 484 ədəd əl işi və sənət əsərinin kataloqu hazırlanmışdır.
Naxçıvan Biznes Mərkəzində iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə obyektlərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması və xidmət mədəniyyəti ilə bağlı tətbiq olunan beynəlxalq təcrübə haqqında məlumat verilmiş, 21 iaşə obyektində göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, təqdim edilən menyularda milli yeməklərin çeşidinin artırılması, qiymətlərin hazırlanan yeməklərin kalkulyasiyasına uyğun tətbiq edilməsi və mövcud qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində maarifləndirici monitorinqlər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir və turizm sərgiləri ilə özünün sərvətlərini göstərə bilir. Bu cür tədbirlər 2016-cı ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş “Gulfood -2016” beynəlxalq qida sərgisində Babək “Sirab” ASC-nin müxtəlif çeşiddə qazlı və qazsız mineral suları, “Ləzzət Qida Sənaye” MMC-nin unlu-qənnadı məmulatları nümayiş olunmuş, Bakı Ekspo Mərkəzində keçirilmiş “AITF-2016” XV Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində “Naxçıvan Biznes Mərkəzi” MMC-nin xalq yaradıcılığı emalatxanasında fəaliyyət göstərən sənətkarlar tərəfindən hazırlanmış əli işləri və sənət əsərlərinin nümayişi təmin edilmişdir.
Muxtar respublikanın bu cür beynəlxalq tədbir və sərgilərdə iştirakının əhəmiyyəti ondan ibarətdir ki, sərgi iştirakçıları Naxçıvanın turizm potensialı barədə ətraflı məlumatlandırılır, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR