25 Dekabr 2024, Çərşənbə

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.
Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III min­illiyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Sonra kollektivlər kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Heydər Əliyev Muzeyində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Ədəbiyyat Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar və Səhiyyə nazirliklərinin kollektivləri “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət ediblər.
Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublika Baş İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Bəhruz Kəngərli Muzeyində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin kollektivləri Xatirə Muzeyində olublar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ana, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Tele­viziya və Radio Şurasının və “Şərq qapısı” qəzeti redaksiyasının kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR