25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2016-cı ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, prokurorluq orqanları 2016-cı ilin birinci yarısında digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsində fəallıq göstəriblər.

Birinci yarımildə peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmayıb.
Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən cinayətkarlıqla mübarizədə qanunvericiliyin təbliği və profilaktik tədbirlərlə bağlı müəyyən işlər görülüb. Belə ki, prokurorluğun fəaliyyəti və qanunvericiliyin izahı ilə bağlı 428 halda təbliğat aparılıb, kütləvi informasiya vasitələrində 194 dəfə, o cümlədən televiziyada 53, radioda 13, mətbuatda isə 128 dəfə müxtəlif hüquqi mövzularda çıxışlar edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması məqsədilə 2016-cı ilin birinci yarısında prokurorluğun mərkəzi aparatının və rayon (şəhər) prokurorluqlarının əməliyyat işçiləri bu işə cəlb edilib. Hazırda digər müvafiq orqanlarla əlaqəli şəkildə bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd olunub ki, prokurorluq əməkdaşları 2016-cı ildə – “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili”ndə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR