25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının iyulun 26-da keçirilmiş növbəti şura iclasında cari ilin 6 ayında görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Gündəlikdə duran məsələ ilə əlaqədar təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib.
Qeyd olunub ki, günü-gündən inkişaf edən respublikamız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Heydər Əliyev ideyalarının işığında özünün hərtərəfli yüksəliş mərhələsini yaşayır. Ulu öndərin Naxçıvan haqqındakı istəkləri, arzuları gerçəkləşdirilir. Muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurlar xarici bazarlardan asılılığı minimuma endirib. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il minlərlə yeni iş yeri yaradılır, yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi və təbii qaz verilir. Bütün bunlar əhalinin maddi rifah halının yüksəldilməsinə, doğma el-obaya bağlılığına müsbət təsir edən amillərdəndir.
Əmir Babayev daha sonra YAP rayon təşkilatının altıaylıq fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, bu müddətdə şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşlər keçirib, onların problem və qayğıları ilə maraqlanıblar.

Vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki 161 ilk təşkilatda 10 min 378 nəfər partiya üzvü vardır. Onların 2 min 981 nəfərini, yəni 28,7 faizini qadınlar, 3 min 378 nəfərini, yəni 32 faizini gənclər təşkil edir. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul olunan 47 nəfərin 25-i qadınlar, 37-si gənclərdir.
Əmir Babayev qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, əsas məqsədimiz əhali arasında ideya-siyasi işi gücləndirmək, gənc partiya üzvlərinə təmsil etdikləri təşkilatın işində daha fəal olmağı aşılamaqdan ibarətdir. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü məsuliyyətini dərindən dərk etməli, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə ciddi əməl etməli və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal olmalıdır. Partiyanın boy artımında bütün ilk təşkilatlar iştirak etməli, YAP sıralarına ali təhsilli, bacarıqlı, nümunəvi gənclər qəbul olunmalıdır.
Təşkilatın sədri daha sonra bəzi ərazi ilk təşkilatlarında mövcud olan nöqsanlardan danışıb, hər bir partiya üzvünün bütün ictimai-siyasi tədbirlərdə daha fəal olması üçün qarşıda duran vəzifələri qeyd edib.
Yığıncaqda YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmməd­ova, təşkilatın Gənclər Birliyinin sədri Orxan Məmmədov, rayon İcra Hakimiyyəti ilk təşkilatının sədri Elnur Əhmədov çıxış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR