24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2016-cı ilin 6 ayı ərzində də davam etdirib.
Bu dövrdə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, dövlət orqanlarının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib.
Komissiyadan aldığımız məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasında mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib. Dövlət qulluğuna yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik, vətənpərvər, geniş dünyagörüşlü, yaradıcı kadrların seçilməsi 2016-cı ilin 6 ayı ərzində də komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olub.
Dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən 20 fevral 2016-cı ildə elan edilmiş müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 634 nəfər sənəd təqdim edib. Müsabiqədə müvəffəqiyyət qazanmış 84 namizəddən 68-nin sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib. Həmin şəxslərdən 67-si vəzifəyə təyin olunub, 1 namizəd isə təklif olunan vəzifədən imtina edib. 16 namizəd ehtiyat kadr siyahısına salınıb.

Dövlət statistika orqanlarında inzibati vəzifələrin yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən 6 iyun 2016-cı ildə elan edilmiş müsabiqəyə 201 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 213 nəfər sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində iştirak edən 205 namizəddən 180-i keçid balını toplaya bilib. Hazırda müsahibə mərhələsi üçün sənəd qəbulu davam edir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilib. Bu il yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 29 namizəddən 12-si, fevralın 22-də Vəkillər Kollegiyası üzrə iştirak edən 19 namizəddən 18-i keçid balını toplayıb.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısına daxil edilmiş 9 namizəd dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunub.
Komissiya tərəfindən dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilib. Cari ilin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi başa çatdırılıb, 2436 dövlət qulluqçusu barədə məlumatlar reyestrə işlənilib.
Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin və testlərin ekspertizasının davam etdirilməsi də diqqətdə saxlanılıb. Bu dövrdə “Qanunvericilik”, “İnformasiya texnologiyaları” və “Dünyagörüşü” blokları üzrə 700 test sualı işlənib hazırlanıb. Test tapşırıqlarının ekspertizası Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regi­onal Bölməsinin ekspertləri və Naxçıvan Dövlət Universitetinin müəllimləri tərəfindən həyata keçirilib.
Elektron xidmətlərin göstərilməsi də diqqət mərkəzində saxlanılıb. Komissiya tərəfindən “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə 2016-cı ilin 6 ayında elan edilmiş 5 müsabiqədə iştirak edən 918 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib. Sənəd qəbulunun elektron formada təşkil edilməsi nəticəsində vaxta, kağız daşıyıcılarına və sənəd qəbulunu həyata keçirən işçi qüvvəsinə qənaət edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR