24 Dekabr 2024, Çərşənbə axşamı

“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

İyulun 8-də keçirilən mərasimi idarənin Çağırış bölməsinin rəisi, mayor Mirzə Rəhimov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Milli Ordumuzda xidmət etmək Vətənə xidmətdir. Milli Ordumuz Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Buna görə də bugünkü gənclərimiz xidmət dövrü hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Valideyn Sevindik Əhmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, çağırışçı gənclərə uğurlar arzulayıb.
Çağırışçılar adından çıxış edən Sadiq İmanov Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, şərəflə xidmət edəcəklərinə, verilən tapşırıqları layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov çağırışçılara öz xidmətlərində uğurlar diləyib.
Sonda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. Güclü ordu isə düşməni hər an yerində oturtmağa qadir bir komanda deməkdir. Bu gün bizim ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR