Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 2 may 2016-cı il tarixli qərarı, Kəngərli Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli hökmü, Culfa Rayon Məhkəməsinin 3 may 2016-cı il tarixli hökmü əsasında məhv edilməsi nəzərdə tutulmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına baxış keçirilib. Baxış zamanı çəkisi 0,08 qram və 1,90 qram olan heroin, 33,11 qram olan tiryək, 85,833 qram marixuana naturada üzləşdirilib. Bağlamaların açılmadığı və möhürün yerində olduğu müəyyən edildikdən sonra Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin tibbi tullantıların ləğvi sistemində yandırılaraq məhv edilib.
Bundan başqa, qanunsuz əldə edilmiş müxtəlif dərman preparatları, psixotrop maddələr də yandırılıb.
Xəbərlər şöbəsi