24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin iyun ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 iyun tarixli qərarı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli qərarı ilə “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları” təsdiq edilmişdir.
Qaydalara əsasən təhsil müəssisələrini bitirən məzunlara təhsil haqqında dövlət sənədləri verilir. Təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır və təhsil müəssisələrini xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə adi şəhadətnamə verilir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR