22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənc­lərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir. Tədbiri xidmətin rəisi, polkovnik Səxavət Salmanov açaraq gəncləri ordu sıralarına yola düşmələri münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyev, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək ordu sıralarına yola düşən gənclərə uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, bu gün hərbi xidmətə yola düşən gənc­lər hərbi biliklərə dərindən yiyələnməyə çalışmalıdırlar.
Çıxışlarda ölkəmizdə aparılan ordu quruculuğundan, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabit, gizir və əsgərlərə göstərilən dövlət qayğısından da danışılmışdır. Bildirilmişdir ki, bu gün ucqar zirvələrdə düşmənlə üz-üzə səngərdə torpaqlarımızı göz bəbəyi kimi qoruyan Azərbaycan əsgəri üçün lazımi şərait yaradılmış, əsgər yataqxanaları, yeməkxanalar tikilərək onların istifadəsinə verilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün onlarla yeni binalar – yataqxanalar, yeməkxanalar, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilmişdir. Bu hissələrin silah-sursatla təminatı da qat-qat yaxşılaşdırılmışdır. Hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Göstərilən qayğının nəticəsidir ki, ordumuzun Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrində xidmət edənlərin peşəkarlığı xeyli artmış, nizam-intizam yüksəlmişdir. İndi bizim bir əsgərimiz düşmənin on hərbçisinə cavab verməyə qadirdir. Əsgərlərimizin isə indi yalnız bir arzusu, istəyi var: torpaqlarımızı işğal edən düşmənlərə qarşı mübarizə aparmaq, düşmənə öz yerini göstərmək. 
Övladını hərbi xidmətə yola salan valideyn Ariz Ağayev hərbi xidmətə yola düşən gənclərə xidmətdə uğurlar arzulamış, çağırışçı Nicat Qədimov müqəddəs Vətən torpaqlarını göz bəbəyi kimi qoruyacaqlarına, komandirlərin əmrlərinə tabe olacaqlarına söz vermişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR