24 Dekabr 2024, Çərşənbə axşamı

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində olmuşlar.
Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzeyi yaradılmış, iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olmuşdur. Bildirilmişdir ki, Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.

Bildirilmişdir ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Burada Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Buradakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Ali Məhkəmənin kollektivləri də “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Heydər Əliyev Muzeyində, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyində, İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Ədəbiyyat Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Dini Qurumlarla iş üzrə İdarənin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
Həmin gün Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Bəhruz Kəngərli Muzeyini, Standartlaşdırma, Metrologiya və Patent üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin kollektivləri Xatirə Muzeyini, Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının və “Şərq qapısı” qəzetinin, Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri isə Nəbatat bağı ilə tanış olmuşlar.
İyunun 25-də muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət etmişlər.

 Muxtar Məmmədov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR