24 Dekabr 2024, Çərşənbə axşamı

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda keçirilən tədbirdə inzibati ərazi dairələri üzrə nümayəndələr, polis sahə müvəkkilləri, rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqda maarifləndirici tədbirlərin əhəmiyyətindən, son illərdə muxtar respublikada infrastruktur quruculuğu, əhalinin məşğulluğu, sahibkarlığa, turizm potensialının artırılmasına göstərilən dövlət dəstəyi istiqamətində görülən işlərdən, Naxçıvanın turizm potensialından, miqrantların bu bölgəyə böyük maraq göstərməsindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Elnur Zellabdinovun, İlkin Rəhimovun, Ramin İbrahimovun çıxışları olub. Çıxışlarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət haqda iştirakçılara ətraflı məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR