24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro­qramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırıb və insan hüquqlarının davamlı inkişafına geniş imkanlar yaradıb. Bu sahəyə qayğının ifadəsi kimi ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan Hüquqları Günü münasibətilə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı olaraq iyunun 18-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.

Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açıb, keçirilən bilik yarışının mahiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək keçirilən yarışın gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını bildiriblər.
Sonra bilik yarışı başlanılıb. Yarışda Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri və Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərinin tələbələri iştirak ediblər. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.
İki saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələri tələbələri arasında Naxçıvan Dövlət Universitetinin “Naxçıvan” komandası birinci, “Naxçıvan” Universitetinin “Vətən” komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun “Nəqşicahan” komandası isə üçüncü yerə layiq görülüblər.
Orta ixtisas məktəbi tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin “Loğman” komandası birinci, Naxçıvan Musiqi Kollecinin “Xatun” komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Odlar yurdu” komandası üçüncü yeri tutublar.
Sonda yüksək bal toplayan komandalar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun diplomları və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları ilə təltif olunublar.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR