24 Dekabr 2024, Çərşənbə axşamı

28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı 15 iyun 2016-cı il tarixdə qüvvəyə minib və həmin gün də icrası təmin olunub. 

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib. Tədbirdə Penitensiar Xidmətin şöbə rəisi Əli Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən tədbirlər nəticəsində humanizm prinsiplərinə dayanan qanunlar qəbul olunub, cəzaçəkən şəxslərin yaşayış şəraitləri yaxşılaşdırılıb. Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur.
Vurğulanıb ki, dövlətimizin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşub.
Qeyd olunub ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi­nin 20 may 2016-cı il tarixli qərarına əsasən, muxtar respublikamızda 9 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 1 məhkumun isə cəzası yüngülləşdirilib.
Tədbirdə azad olunanlara sənədləri təqdim edilərək uğurlar arzu edilib.
Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətimizə minnətdarlıqlarını bildiriblər.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR