24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində  Heydər Əliyev lektoriyasının “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə gənclər və idman nazirinin müavini Məcid Seyidov açaraq bildirib ki,  Milli Qurtuluş Günü xalqımızın həyatında ən mühüm mərhələnin başlanğıcıdır. Məhz həmin gün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə ölkəmiz parçalanmaqdan,  müstəqilliyini itirmək təhlükəsindən xilas olub.  

Məşğələdə “Naxçıvan” Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə edib. Qeyd olunub ki, hər bir xalqın tarixində milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixdir. Həmin dövrdə Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu, mənalı həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən ümummilli lider Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi təlatümlər burulğanından qurtardı. Müdrik rəhbər öz uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında, ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu gün muxtar respublikada elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının milli tariximizdəki əhəmiyyətindən söz açıb, ölkəmizin bugünkü inkişafının təməlində məhz Milli Qurtuluş Gününün dayandığını bildiriblər.

*  *  *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında da 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasım­ov açaraq bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi, qurtuluş anı olub. Dövlət müstəqilliyimizin rəsmən 1991-ci ildə bəyan edilməsinə baxmayaraq, ermənilərin elan olun­ma­­mış hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması ilə nəticələnə bilərdi. İki ilə yaxın müstəqillik tarixində naşı rəhbərliyin səriştəsiz idarəçiliyi nəticəsində xaos və anarxiya, hakimiyyət üstündə çəkişmələr davam edirdi. Bütün bunlar yenicə müstəqil olmuş bir ölkəni addım-addım məhvə və süquta sürükləyirdi.
Qeyd olunub ki, məhz belə bir dövrdə xalqının çağırışına, Vətəninin ağır vəziyyətinə və müstəqil dövlətçiliyin təhlükə altında olmasına biganə qala bilməyən ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazmağa başladı. Ötən dövrdə Azərbaycan bu yolla inamla gedərək inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Vurğulanıb ki, sərhəd bölgəsi Sədərək rayonu daim ulu öndərin qayğısı əhatəsində olub. Bu ərazidə yeni rayonun yaradılması məhz ümummilli liderin uzaqgörən siyasətinin ifadəsidir. Ötən dövr ərzində Sədərək müasir Azərbaycan rayonuna çevrilib. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi qurucu­luq strategiyasını uğurla həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin yenidən qurulmuş Heydərabad qəsəbəsində olması, sakinlərlə görüşməsi sədərəklilərin qurub-yaratmaq əzmini xeyli yüksəldib. Bu, ulu öndərin yolunun davamı deməkdir.
Tədbirdə çıxış edən partiya fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR