24 Dekabr 2024, Çərşənbə axşamı

 Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. 

“Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda təşkil olunan məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, dahi rəhbərin məhv olmaq təhlükəsindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbər Heydər Əliyevin şah əsəri, ulu öndərin reallaşan arzusudur.

“Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qeyd edib ki, tarixən öz müstəqilliyi uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə tarixin və taleyin ən ağır dönəmlərində öz varlığını qoruyub saxlayan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həll­edici rolu və önəmi vardır. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha olan inamı sarsılmış bir xalqın özünə qayıdışdır.
Vurğulanıb ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlikdən və əldə olunan atəşkəsdən istifadə edən dahi rəhbər bütün sahələrdə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirmək imkanı qazandı. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu.
Qeyd olunub ki, minbir çətinlik və maneələr bahasına reallaşdırılan “Əsrin müqaviləsi” kimi nəhəng layihə Azərbaycanın zəngin karbohidrogen yataqlarının dünya bazarına çıxarılmasını təmin etməklə gənc, müstəqil respublikamızın sürətli, dinamik inkişafının, təhlükəsizliyinin əsas dayaqlarının yaradılmasına xidmət göstərməyə başladı. Azərbaycan regionda siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrildi.
“Böyük siyasi fəaliyyətin Naxçıvan dövrü” mövzusunda məruzə ilə çıxış edən komitənin Audit şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı Yaqub Əliyev vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərib, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü mühüm yer tutur. Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərib.
Çıxışlarda xüsusilə vurğulanıb ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər ulu öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Azərbaycanın müasir tarixində uğur faktoru kimi özünü təsdiqləmiş Heydər Əliyev yolu onun ardıcılları və xalqı tərəfindən uca tutulur.
Məşğələnin sonunda tədbir iştirakçıları “Zamanla üz-üzə” adlı filmə baxıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

*  *  *

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən elmi-praktik konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Milli Qurtuluş – xalqın xilas günü”, təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova “Multikultural dəyərlər və Azərbaycançılıq”, partiya üzvü İmran Əliyev “Müstəqil dövlətimizdə sosial və humanitar sahələrin prioritet istiqamətləri”, təqaüdçü müəllim Vidadi Süleymanov “Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış müstəqil iqtisadi siyasət” mövzularında məruzələr ediblər.
Məruzəçilər 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin şəraitdə yenicə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin bərpa olunması üçün ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.
Bildirilib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Azərbaycanın başı üzərini almış qara buludlar məhz həmin gündən dağılmağa, respublikamız işıqlı sabahlara doğru addımlamağa başladı, ulu öndərin gərgin fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ümummilli lider Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi. Bütün bunlara görə qədirbilən Azərbaycan xalqı öz böyük oğlunu sevir və Onun xatirəsini əziz tutur. Nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Azərbaycanın müstəqilliyi isə ümummilli liderin sözləri ilə desək, əbədidir, dönməzdir və sarsılmazdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri, partiya veteranlarına hədiyyələr təqdim olunub.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR