Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə muxtar respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları muzeylərə gedir, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olurlar.
İyunun 4-də də muzeylər ziyarət olunub. Həmin gün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar, Səhiyyə nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyini, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Fövqəladə Hallar, Ədliyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları Ədəbiyyat Muzeyini, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent, Ailə, Qadın və Uşaq Problemləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin əməkdaşları Bəhruz Kəngərlinin ev-muzeyində, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzeti redaksiyasının, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Statistika Komitəsinin əməkdaşları Xatirə Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində olublar.
Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Dini Qurumlarla İş üzrə İdarəsinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyini, Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsi və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin kollektivləri isə Cəmşid Naxçıvanskinin ev-muzeyini ziyarət ediblər.
Həmin gün rayonlarda fəaliyyət göstərən muzeylər də ziyarət olunub.
Xəbərlər şöbəsi