22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində hakimlər üçün seminar təşkil edilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Karate-do Federasiyasının təşkil etdiyi seminarda muxtar respublikanın şəhər və rayonlarında karate-do idman növü üzrə məşqçilər və hakimlər iştirak ediblər.
Seminarda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hidayət Şabanov hakimlərə qaydalar haqda məlumat verib, praktiki olaraq yeni tətbiq olunan qaydaları göstərib.
Seminardan sonra federasiyanın sədr müavini Nəriman Quliyev dedi ki, federasiyamız belə seminarları mütəmadi olaraq təşkil edir. Məqsəd bu idman növünü muxtar respublikada inkişaf etdirmək, məşqçilərin və hakimlərin beynəlxalq yarış təcrübəsini artırmaqdır. Çalışırıq ki, bu qəbildən seminarlar daha çox praktiki yöndə olsun. Belə tədbirlərin böyük fayda verəcəyinə əminik. Əsl nəticəni isə qarşıdakı yarışlar göstərəcək.
Qeyd edək ki, federasiya nazirliklə birgə Şərur Olimpiya-İdman Kompleksində də belə seminar təşkil edib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR