22 Dekabr 2024, Bazar

Novruz bayramı ərəfəsində İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə xalq uşaq oyunlarından ibarət əyləncəli yarışın keçirilməsində məqsəd onların xalq uşaq oyunlarına marağını artırmaq olub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda hər biri 4 nəfərdən ibarət olan 5 komanda iştirak edib. Yarış iştirakçıları 5 adda xalq oyunu üzrə qabiliyyətlərini sınayıblar. Oyun qaydalarını tez və dəqiq yerinə yetirərək daha çox xal toplayan komanda qalib hesab edilib.
Yarışda ilk üç yeri tutan komandalara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR