22 Dekabr 2024, Bazar

Babək rayonunda isə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında yüngül atletika turniri keçirilib.
Babək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Babək rayon bölməsinin təşkilatçılığı ilə keçirilən turnirdən əvvəl çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı, Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev muxtar respublikada idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.
Turnirdə oğlanlar 100, 200, 400, 800 və 1500 metr, qızlar isə 100, 200, 400 və 800 metr məsafəni birinci qət etməyə çalışıblar. Komanda hesabında Didivar kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Digər iki pillədə isə Babək qəsəbə 2 və 1 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR