22 Dekabr 2024, Bazar

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şərur Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası, Şərur və Culfa Rayon Gənclər və İdman idarələrinin birgə təşkil etdikləri görüşdə “Şərur” və “Culfa” komandaları üz-üzə gəlib. Görüşdən əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev, Şərur və Culfa Rayon İcra hakimiyyətlərinin nümayəndələri Qafar Musayev və Orxan Ələkbərli Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idmançıları təbrik edib, keçirilən oyunun mahiyyəti barədə danışıblar.
Oyunun nəticəsinə gəlincə, “Şərur” komandası ev sahibliyindən maksimum yararlanaraq culfalı həmkarlarını 3:1 hesabı ilə məğlub edib.
Sonda komandalara hədiyyə təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR