22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə start verilib.
60-dan çox dəri əlcək sahibinin mübarizə apardığı birincilikdə Ordubad və Kəngərli boksçuları iştirak edir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının birgə təşkil etdiyi birincilikdə əsas məqsəd federasiya tərkibində fəaliyyət göstərən klubların işinin təkmilləşdirilməsi və bu növü muxtar respublikada təbliğ etməkdir.
Yarışdan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bütün idmançıları 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik ediblər.
Birincilikdə boksçular 12 çəki dərəcəsində güclərini sınayıblar. Final görüşləri isə bu gün keçiriləcək.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR