Dünən Babək rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə “Babək” və “Şahbuz” komandaları üz-üzə gəlib. Görüşdən öncə çıxış edən federasiyanın sədr müavini Ənvər Məmmədov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə iştirakçıları, eləcə də idman ictimaiyyətini təbrik edib və bu gün haqqında geniş məlumat verib.
Daha baxımlı oyun sərgiləyən “Babək” komandası rəqibini 46:32 hesabı ilə məğlub edib.
Fərqlənən basketbolçulara federasiya tərəfindən diplomlar təqdim edilib.
Ceyhun Məmmədov