22 Dekabr 2024, Bazar

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “Naxçıvan”, “Şərur”, “Ordubad” və “Culfa” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib. 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi yoldaşlıq görüşü şotokan üslubunda, olimpiya sistemi üzrə keçirilib və 5 yaş qrupunda olan idmançılar mübarizə aparıblar. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkə­mizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Sonra Karate-do Federasiyasının sədr müavini, yarışın baş hakimi Nəriman Quliyev çıxış edərək idmançılara yarışın qaydaları haqqında məlumat verib.
Yarışın yekun nəticəsinə əsasən, 6-7 yaş qrupunda Bünyamin Zeynalov (Ordubad), 8-9 yaş qrupunda Məhəmməd Şıxəlili (Naxçıvan), 10-11 yaş qrupunda Samir İbrahimli (Naxçıvan), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda isə Murad Ələkbərov (Naxçıvan) müvafiq olaraq həmyaşıdları arasında birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR