22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqçi-müəllimlər üçün karate-do üzrə seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi seminarda muxtar respublikanın şəhər və rayonlarında bu növü təbliğ edən məşqçi-müəllimlər iştirak ediblər. Federasiyanın sədr müavini Nəriman Quliyev ilk olaraq qaydalar barədə məşqçi-müəllimləri məlumatlandırıb. Daha sonra yeni qaydalar və karate-do idman turnirlərində hakimlik zamanı məşqçilər və idmançıların nələrə əməl etməli olduqları praktik olaraq göstərilib. Xüsusilə idmançıların rəqibə zərər yetirməməsi üçün hansı fənd­ləri necə tətbiq etmələri nümayiş etdirilib.
Sonda qeyd edilib ki, qarşıdakı aylarda idmançılar üçün də belə seminar təşkil olunacaq.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR