22 Dekabr 2024, Bazar

Bakı İdman Sarayında kikboksinq üzrə keçirilən kişilər arasında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyinə yekun vurulub. Çempionatın keçirilməsində əsas məqsəd 2016-cı ildə Avropa çempionatı və beynəlxalq turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək, eyni zamanda cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək, gənc­ləri pis vərdişlərdən uzaq tutmaqdan ibarət olub. Üç gün davam edən yarışda 30 rayonu və 45 klubu təmsil edən 600-ə yaxın idmançı iştirak edib.
Bu yarışda Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının 6 yetirməsi mübarizə aparıb. Kadetlər arasında ən uğurlu nəticəni 51 kiloqram çəki dərəcəsində Fərman Rzayev əldə edib. Belə ki, o, ölkə birincisi adına layiq görülüb. 67+ kiloqram çəki dərəcəsində isə Adil Süleymanov Azərbaycan birinciliyini bürünc medalla başa vurub.
XXII Azərbaycan çempionatında isə iki idmançımız fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində Zöhrab Əzimov və 91+ kiloqram çəki dərəcəsində Ağalar Seyidov bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Digər iki idmançımız – 71 kiloqram çəki dərəcəsində Rəhim Əliyev ikinci, 75 kiloqram çəki dərəcəsində Cavidan Rəcəbli isə üçüncü olublar.
Qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR