Culfa rayonunda boks üzrə yoldaşlıq görüşü keçirilib. Ordubad və Culfa Rayon Gənclər və İdman idarələri ilə Boks Federasiyasının birgə təşkil etdiyi görüşdə hər iki rayonun boksçuları qarşılaşıb. 10 çəki dərəcəsində dəri əlcək sahiblərinin mübarizə apardığı yoldaşlıq görüşündən öncə çıxış edən federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bildirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Məqsəd şəhər və rayonlarda boksun kütləviliyinə nail olmaq, gənclər arasında boks idman növünü təbliğ etməkdir.
Ordubad boksçuları culfalı həmkarlarını 6:4 hesabı ilə məğlub etməyi bacarıblar.
Ceyhun Məmmədov