22 Dekabr 2024, Bazar

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. 29 ölkənin 168 boksçusunun mübarizə apardığı turnirdə Azərbaycan millisi də çıxış edib. 5 gün davam edən beynəlxalq turnirdə “Bakı-2015” Avropa Oyunlarının, dünya, Avropa, Asiya və Cənubi Amerika çempionatlarının mükafatçıları mübarizə aparıblar. Azərbaycan komandası Macarıstana 7 dəri əlcək sahibi ilə yollanıb.
Millimizin heyətində 56 kiloqram çəki dərəcəsində rinqə Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev çıxıb. Turnirin ilk mərhələsində idmançımız Mərakeşi təmsil edən Muhammed Hamout ilə qarşılaşıb və qalib gəlib. Növbəti görüşdə onun rəqibi iordaniyalı Muhammed Alşadi olub. Hər üç raundda rəqibini məğlub edən dəri əlcək sahibimiz yarımfinala yüksəlib. Finala gedən yolda Tayfur Əliyev braziliyalı Karlos Roşanı da mübarizədən kənarlaşdırıb. Həll­edici qarşılaşmada dəri əlcək sahibimiz Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi ilə qarşılaşıb. Daha üstün görüş keçirən Tayfur Əliyev qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda idmançımıza diplom, medal və kubok təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR