22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi taekvondo üzrə yeniyetmələr arasında daxili birinciliyə yekun vurulub. 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, federasiyanın sədr müavini Cavanşir Salayev idmançılara Gənclər Günü ilə bağlı geniş məlumat veriblər və bu gün münasibətilə onları təbrik ediblər.
40-dan çox idmançının mübarizə apardığı daxili birincilikdə taekvondoçular tatami üzərinə 7 çəki dərəcəsində çıxıblar. Birincilikdə Amal Heydərli (25 kiloqram), Rəşid Zülfüqarov (30 kiloqram), İntiqam Məmmədov (33 kiloqram), Ülvi Nəcəfov (37 kiloqram), Ramil Salayev (41 kiloqram), Ülvi Kazımlı (51 kiloqram) və Kərim İsmayılov (68 kiloqram) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qalib idmançılara diplomlar təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR