22 Dekabr 2024, Bazar

Şərur Rayon Olimpiya-İdman Kompleksində idmançılar üçün seminar təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi seminarda federasiyanın rayon üzrə bölmələrinin 40-dan çox idmançısı iştirak edib.
Seminarı giriş sözü ilə açan federasiyanın sədr müavini Cavanşir Salayev bildirib ki, belə seminarların təşkili muxtar respublikada idmanın inkişafına dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir. Federasiya və nazirliyin belə tədbirləri təşkil etməkdə məqsədi rayonlarda yeniyetmə və gəncləri idmana cəlb etmək, onları zərərli vərdişlərdən uzaq tutmaqdır.
Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə vurğulayıb ki, nazirlik muxtar respublikada fəaliyyət göstərən federasiyalarla birgə ötən il də belə seminarlar keçirib. Seminarlarda Azərbaycanın tanınmış məşqçiləri iştirak etməklə, öz təcrübələrini gənc idmançılara aşılamağa çalışıblar.
Seminarda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hidayət Şabanov iştirak edib və idmançılara öz məsləhətlərini verib.
Analoji seminar Naxçıvan şəhərində də təşkil edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR