Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq, Naxçıvan şəhərində fəaliyyət göstərən idman obyektlərində dezinfeksiya işləri aparılıb.
Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bizimlə söhbətdə bildirdi ki, nazirlik idmançıların sağlamlığı üçün hər ay belə tədbirlər həyata keçirir, idman obyektləri, zalları dezinfeksiya olunur. Bu işlər tək Naxçıvan şəhərində yox, muxtar respublikanın bütün rayonlarında aparılır.
Dezinfeksiya işləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində, Naxçıvan Muxtar Respublika Stadionunda və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində, Şərur Olimpiya-İdman Kompleksində və digər idman məktəblərində aparılıb.
Xəbərlər şöbəsi