22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin idman zalında yoldaşlıq görüşü təşkil edilib.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş görüşdə “Naxçıvan” Universiteti və “Lokomotiv” komandaları üz-üzə gəliblər. Görüşdən öncə çıxış edən federasiyanın sədr müavini Ənvər Məmmədov 20 Yanvar faciəsi barədə məlumat verib, Sovet im­periyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, ondan 8 saat əvvəl havadarlarının köməyi ilə ermənilərin Naxçıvan Muxtar Respublikasına hücumlarını, günahsız insanların qətlə yetirildiyini bir daha diqqətə çatdırıb. Qeyd edib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqımızı daha da birləşdirmiş, mübarizliyini artırmışdır. Bu qanlı terror aktına ümummilli liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.
Daha baxımlı oyun sərgiləyən “Lokomotiv” komandası meydanı 61:50 hesablı qələbə ilə tərk edib.
Sonda fərqlənən basketbolçulara federasiyanın diplomları təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR