Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş velosiped yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Kəngərli rayonu ərazisində keçirilən birincilikdə şagirdlər və tələbələrdən ibarət 80-ə yaxın idmançı mübarizə aparıb. Nəticəyə əsasən, şagirdlər arasında Ramil Sadiqov, Hafiz Nəcəfov və Hüseyn Cəfərov yarışı ilk üç pillədə başa vurublar. Tələbələrdən isə Xalid Novruzov, Tağıyar İsmayılov və Malik Hənifəyev müvafiq olaraq I, II və III yerləri tutublar.
Sonda qalib idmançılar diplomla təltif olunublar.
Ceyhun Məmmədov